İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişdir

07 may 2012, 20:30
İlham Əliyev “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişlər.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə və xanımına “Baku Crystal Hall”da görülən işlər, eləcə də müsabiqəyə hazırlıqla bağlı ətraflı məlumat verildi. Bildirildi ki, 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. “Baku Crystal Hall”un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir.

“Baku Crystal Hall” Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı Sərəncama əsasən inşa olunmuşdur. Bu il yanvarın 15-də isə Avropa Yayım Birliyi müsabiqənin məhz “Crystal” sarayında keçirilməsi ilə bağlı qərar qəbul etmişdir.

Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanmışdır. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri də Avropanın musiqi həyatında mühüm hadisə olan “Eurovision”nun tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır.

“Eurovision”nu regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olmuşdur. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13