X.Ş.İsgəndərovun Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 aprel 2012, 18:40

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2012-ci il.