İlham Əliyev Hindistanın ticarət və sənaye nazirini və Azərbaycan-Hindistan Birgə Hökumətlərarası Komissiyanın həmsədrini qəbul etmişdir

16 aprel 2012, 17:00
İlham Əliyev Hindistanın ticarət və sənaye nazirini və Azərbaycan-Hindistan Birgə Hökumətlərarası Komissiyanın həmsədrini qəbul etmişdir

Prezident İlham Əliyev Hindistan Respublikasının ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindianı qəbul etmişdir.

Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia Hindistan Respublikasının Prezidenti Pratibha Patilin və Baş nazir Manmohan Sinqxin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən hindistanlı nazir iqtisadi və mədəni sahələrdə əlaqələrimizin qədim tarixə malik olduğunu vurğuladı.

Dövlət başçısı Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın sessiyasının keçirilməsinin iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin tərəfdaşlıq münasibətlərini xalqlarımız arasında əsrlər boyu mövcud olan tarixi əlaqələr əsasında qurmağın önəmini qeyd etdi.

Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pratibha Patilin və Baş nazir Manmohan Sinqxin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistanın dövlət başçısına və Baş nazirə çatdırmağı xahiş etdi. 

SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42