Prezident İlham Əliyevin və Prezident Mixeil Saakaşvilinin birgə mətbuat konfransı olmuşdur

18 iyul 2010, 15:41
Prezident İlham Əliyevin və Prezident Mixeil Saakaşvilinin birgə mətbuat konfransı olmuşdur

Batumidə geniş tərkibdə görüşdən sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilmişdir.

Azərbaycan və Gürcüstan dövlət başçıları bəyanatlarla çıxış etdilər.

XXX

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar.

X X X

“RUSTAVİ-2“ televiziya kanalının müxbiri: Bir qədər əvvəl sizin təkbətək və geniş tərkibdə görüşləriniz oldu. Siz konkret olaraq hansısa bir razılaşma əldə etdinizmi?

Prezident Mixeil SAAKAŞVİLİ: - Biz burada nəqliyyat dəhlizinin inkişafına zəmin yaradacaq dəmir yolu haqqında danışdıq və bildirdik ki, Çindən başlayıb Mərkəzi Asiyadan keçməklə Avropaya çıxışı daha da yaxşı şəkildə təmin edə bilərik. Biz burada əlaqələndirmə məsələsini qaldırdıq. Bütün bunların hamısı iqtisadiyyatımızın inkişafına, ölkələrimizə sərmayələrin qoyulmasına xidmət edəcəkdir.

Biz dəmir yolu xətti layihəsinin həyata keçirilməsində birgə işləyirik. Bu, çox böyük layihədir. Bu dəmir yolu bizim ölkələrin ərazisindən keçməklə Çindən Londona qədər uzana bilər. Bu, hətta Transsibir magistral xəttindən də uzun bir xətt ola bilər. Biz bunu həyata keçirəcəyik.

Eyni zamanda, 2012-ci ildə Bakıdan Batumiyə olan avtomobil yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu, Azərbaycandan Gürcüstan sərhədinə qədər dördzolaqlı avtomagistral yol olacaq və bundan sonra da davam edəcəkdir. Bu o deməkdir ki, Tbilisinin yanında yerləşən Rustavi şəhərindən çıxış daha da asanlaşacaqdır. Bu şəhərdən o şəhərə getmək üçün sadəcə 18 dəqiqə lazım olacaqdır. Bu avtomobil yolu ilə Azərbaycan sərhədinə çıxış daha da asanlaşacaq, hətta bu yoldan istifadə etməklə İstanbula da getmək mümkün olacaqdır. Bu avtomobil yolunun inşası nəticəsində dincəlmək, istirahət məqsədilə Batumiyə gələn azərbaycanlıların sayı da artacaqdır.

Azərbaycan şirkətlərindən biri Batumi şəhərində yüksək keyfiyyətli mehmanxana tikməyi qərara almışdır. Bu o deməkdir ki, mehmanxananın tikintisi zamanı yerli vətəndaşlarımızın bir çoxu işlə təmin olunacaq, eyni zamanda, şəhərimiz daha da gözəlləşəcəkdir. Yəni şəhərimizin gözəlləşdirilməsində bizim qonşularımız da iştirak edəcəklər.

Təbii ki, bu əməkdaşlığın əsası 1993-cü ildən sonra qoyulmuşdur. Mən Azərbaycanda gedən sürətli inkişafı və müsbət dəyişiklikləri xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan get-gedə çox mühüm regional mərkəzə çevrilir. Bu da özlüyündə çox vacib bir amildir. Nəinki Qafqaz regionu, həmçinin Avropa üçün də Azərbaycanın əhəmiyyəti gündən-günə artır. Azərbaycanın dünyada nüfuzu artır. Son illər Azərbaycan dövlətinin başçısının uzaqgörən siyasəti nəticəsində bu ölkənin nüfuzu artmış, eyni zamanda Azərbaycanda bütün sahələrdə irəliyə doğru mühüm addımlar atılmışdır. Bütün bunlar bu ölkənin iqtisadiyyatının daha da şaxələndirilməsinə, inkişafına xidmət göstərmişdir. Biz Azərbaycandakı bu uğurları görürük və bu dəyişiklikləri müşahidə edirik. Bütün bunları əldə etmək o qədər də asan deyildir. Hamı bunu başa düşür ki, Azərbaycan çox mühüm strateji rola malikdir. Biz fərəh hissi keçiririk ki, Azərbaycan artıq qüdrətli bir ölkədir, onun nüfuzu get-gedə daha da artır.

Prezident İlham ƏLİYEV: Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bizim dəmir yolu sahəsində planlarımız reallaşır, energetika sahəsində birgə başladığımız və uğurla icra etdiyimiz layihələr bu gün artıq regional müstəvidən çıxıbdır. Gürcüstan-Azərbaycan strateji dostluğu və müttəfiqliyi artıq dünya miqyasında çox mühüm amilə çevrilibdir. Bizim əlaqələrimizin möhkəmlənməsi, yeni məsələlərin həlli nəticəsində bölgədə daha da proqnozlaşdırıla bilən vəziyyət yarana bilər. Biz bu əlaqələrə sadiqik. Bayaq qeyd etdiyimiz kimi, biz bu əlaqələrimizi dərin tarixi köklərə bağlayırıq. Bu əlaqələr xalqlar arasında olan əlaqələrdir. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, tarix boyu gürcü və Azərbaycan xalqları dostluq, mehribanlıq şəraitində yaşamışlar, bir-birilərinə böyük rəğbətlə yanaşırlar. Xalqlar arasındakı münasibətlər də ikitərəfli münasibətlərə öz töhfəsini verir.

Əlbəttə ki, biz iqtisadi, sənaye, siyasi məsələləri çox ciddi şəkildə müzakirə edirik. Amma bununla bərabər humanitar sahədə əməkdaşlıq da böyük məna daşıyır. Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar bizim ölkələrimiz arasında körpü rolunu oynayır. Onlar bizim ölkələrimizin dəyərli vətəndaşlarıdırlar, öz vətənlərinə böyük məhəbbətlə yanaşırlar və öz vətənpərvərlik borcunu şərəflə yerinə yetirirlər. Yəni ki, bizim aramızdakı münasibətlər hansısa bir sahə ilə məhdudlaşmır. Bu əlaqələrin dərin tarixi kökləri vardır. Biz bugünkü reallıqlardan, imkanlardan səmərəli şəkildə istifadə edirik. Elə etməliyik ki, bundan sonrakı nəsillər də bu fikirlə və bu duyğularla yaşasınlar ki, Gürcüstan və Azərbaycan əbədi dostluq və qardaşlıq şəraitində yaşasınlar.

AZƏRBAYCAN TELEVİZİYASININ müxbiri: Mənim sualım Gürcüstan Prezidentinədir. Cənab Prezident, Siz Azərbaycanın ölkənizə investisiya qoyuluşunun Gürcüstan iqtisadiyyatının inkişafına verdiyi töhfəni necə qiymətləndirirsiniz? Sağ olun.
Mixeil SAAKAŞVİLİ: Bizim üçün ən ağır vaxtlarda Azərbaycanın göstərdiyi yardım həlledici idi. Bu, yalnız yardım deyildi, bu, çox uğurlu bir yardım idi. Bu, bizim ikitərəfli əməkdaşlığımızı gücləndirdi. ARDNŞ-in Gürcüstandakı fəaliyyəti, bizim limanlarımızda apardığı işlər çox vacibdir. Dəmir yolu layihəsi də bizim üçün çox mühümdür. Bütün bunlar Azərbaycan şirkətləri ilə birgə həyata keçirilən məsələlərdir. Bildiyiniz kimi, burada turizm infrastrukturunda da Azərbaycan şirkəti işləyir. Bu da bizim üçün vacibdir. Bütün bunlar təkcə siyasi səviyyədə deyil, ayrı-ayrı insanlar, fərdlər arasında əlaqələrin, eyni zamanda, humanitar sahədə bizim işbirliyimizin, maraqlarımızın bir göstəricisidir. Bütün bunlar bir-birinə təbii yolla bağlı olan məsələlərdir. Bu da bizim daha da dərin inteqrasiyamıza xidmət edir. Biz Azərbaycanın həyata keçirdiyi strateji siyasətin praqmatik, düzgün nəticələrini görürük və bu siyasət uzaqgörən bir siyasətdir. Bunun nəticəsində biz praktiki olaraq, hər gün yaxşı nəticələr əldə edirik. Bu nəticələr hətta hökumətlərin maraqlarından da kənara çıxır. Çünki biz bir-birimizə dostcasına, mehribancasına yanaşırıq. Çalışırıq ki, bizi maraqlandıran məsələləri birgə həyata keçirək. Bütün bunların arxasında bizim birgə ideyalarımız durur. Bütün bunlar bu tarixi prosesin bir elementidir.

Mən bu mətbuat konfransına görə bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Mən cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, Gürcüstana səfər edibdir. Mən ümidvaram ki, bizim bu şəhərimiz Sizin xoşunuza gələcəkdir.

X X X

Mətbuat konfransı başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxdılar.

Bildirildi ki, son bir neçə ildə Batuminin abadlaşdırılması və quruculuq işlərinin aparılması məqsədilə şəhərdə bir sıra infrastruktur layihələri icra olunur. Bu da Batuminin inkişafına xidmət edir.

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20