Azərbaycan və Gürcüstan Prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

18 iyul 2010, 15:27
Azərbaycan və Gürcüstan Prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Batumidə təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Onun dəvətini qəbul edib Gürcüstana işgüzar səfərə gəldiyinə görə dövlətimizin başçısına minnətdarlıq edən Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında qarşıya qoyulan məqsədlərə nail olunub və bu səfər bütün sahələrdə əlaqələrin inkişafına imkan verəcəkdir.

Prezident İlham Əliyev onu Gürcüstana dəvət etdiyinə görə Mixeil Saakaşviliyə təşəkkür etdi.

Dövlət başçısı dedi ki, bu səfər bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Prezidenti vurğuladı ki, səfər çərçivəsində aparılan danışıqlar gələcək əməkdaşlığın inkişafına təkan verəcək, ikitərəfli münasibətlərin və hökumətlərarası komissiyanın fəaliyyətinə töhfə olacaqdır. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55