İlham Əliyev Tovuzda “Ayan Palace” otelinin açılışında iştirak etmişdir

12 aprel 2012, 18:00
İlham Əliyev Tovuzda “Ayan Palace” otelinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Tovuzda “Ayan Palace” otelinin açılışında iştirak etmişdir. 

Yeni turizm obyekti ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2008-ci ilin martında başlanılan otel rayonda ən böyük turizm layihəsidir. “Ayan Palace” zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir.

Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır.

Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunmuşdur.

Salonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunmuşdur. Oteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcəkdir.

Diqqətə çatdırıldı ki, “Ayan Palace” otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.

Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcəklər.

Dövlət başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış oldu. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcəkdir.

Oteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılmışdır.

Məlumat verildi ki, hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilmişdir. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulmuşdur.

Qeyd olundu ki, ”Ayan Palace” oteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Otelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdirlər. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də otelə yaxın məsafədədir.

Bildirildi ki, ”Ayan Palace” otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcəkdir.

Otel ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43