Azərbaycan və Gürcüstan Prezidentlərinin təkbətək görüşü olmuşdur

18 iyul 2010, 15:11
Azərbaycan və Gürcüstan Prezidentlərinin təkbətək görüşü olmuşdur

Batumidə Prezident İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55