İlham Əliyev Qazaxda Şahmat Mərkəzinin açılışında iştirak etmişdir

12 aprel 2012, 14:30
İlham Əliyev Qazaxda Şahmat Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdır. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qazax Şahmat Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə şahmat dərslərinin keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı fəaliyyət göstərir.

Yüksək standartlara cavab verən, ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli, regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.

Dövlət başçısı gənc şahmatçıların oyunlarını izlədi.

Qeyd edildi ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında bir sıra uğurlar qazanmışlar. 

Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Mərkəzin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmış, göz oxşayan fəvvarə yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23