İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışında iştirak etmişdir

12 aprel 2012, 12:00
İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışında iştirak etmişdir

Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak etmişdir.

Dövlət başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olundu.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.

Bildirildi ki, dövlətimizin başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcəkdir. Burada da işlərin əsas hissəsi görülmüşdür.

Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi oldu. Bildirildi ki, 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.

Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı inşaatçılarla görüşdü. Azərbaycan Prezidenti aprelin 10-da imzaladığı Sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik etdi.

Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşdü.

Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.

Kənd sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi: Sizi ürəkdən təbrik edirəm. Çox gözəl yol çəkilib. İndi gediş-gəliş rahat olacaqdır. Biz ölkə üzrə bütün kəndlərdə yollar çəkirik. Elə rayon yoxdur ki, orada kənd yolları çəkilməsin.

Ucqar rayonlara, paytaxtdan uzaqda yerləşən bölgələrə xüsusi diqqət yetirilməlidir.

Sakinlər: Çox sağ olun. Siz bizim bütün problemlərimizin həllinə diqqət yetirirsiniz. Biz Sizdən çox razıyıq. Allah da Sizdən razı olsun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bilirsiniz ki, mən Qazax rayonunda dəfələrlə olmuşam. Keçən il də gəlmişdim.

Çox şadam ki, işlər yaxşı gedir, daha da yaxşı getməlidir. Bütün sahələrdə qarşıya qoyulan vəzifələr icra edilməlidir. Yaxşı yaşayış üçün bütün şərait olmalıdır. Yaxşı yollar, yaxşı məktəblər, tibb məntəqələri, iş yerləri olmalıdır. Bu gün Qazaxda böyük bir konserv zavodu açılır, orada da yüzlərlə iş yeri yaradılacaqdır. Sement zavodu tikilir. Ölkə üzrə çox böyük bir layihədir. Bu, həm ölkə iqtisadiyyatına böyük töhfədir, həm iş yerlərinin açılması üçün çox vacibdir, orada da yüzlərlə insan işləyəcəkdir. Çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, iş yerləri açılsın, insanların yaşayış səviyyəsi yüksəlsin və gözəl şərait olsun. Bu yol inkişaf deməkdir.

Sakinlər: Sizə çox minnətdarıq cənab Prezident! Yaxşı yaşamağımız üçün bizə hər cür şərait yaradırsınız. Siz ulu öndərimizin qurub yaratdığı müasir Azərbaycanı daha firavan ölkəyə çevirirsiniz. Bu, belə də olmalıdır. Çox sağ olun. Sizə minnətdarıq. Allah Sizi qorusun.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:30
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası...

04 iyun 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:28
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi...

04 iyun 2025, 13:28
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:24
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi...

04 iyun 2025, 13:24
SƏNƏDLƏR Fərmanlar 04 iyun 2025
13:22
“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 188-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə...

04 iyun 2025, 13:22
SƏNƏDLƏR Qanunlar 04 iyun 2025
13:20
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə...

04 iyun 2025, 13:20
SƏNƏDLƏR Sərəncamlar 04 iyun 2025
12:36
Quba rayonunun Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km)–Çiçi–Səbətlər–Qənidərə–Sırt Çiçi–Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi (137...

04 iyun 2025, 12:36