İlham Əliyev “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir

12 aprel 2012, 14:00
İlham Əliyev “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax konserv zavodunun açılışında iştirak etmişdir.

Məlumat verildi ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır.

“Azərsun-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gozel bildirdi ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan zavodun tikintisinə ötən ilin yanvarında başlanılmış, bu ilin aprelində sona çatdırılmışdır.

Müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə “Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılmışdır.

Dövlət başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış oldu.

Qeyd edildi ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulmuşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuşdur. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır.

Bu istehsal xətti Qafqazda yeganə olmaqla, tam yetişdirilən meyvə və tərəvəzləri tez dondurmaqla uzun müddət saxlamağa və ilin istənilən fəslində istifadəyə hazır vəziyyətdə istehlakçıya təqdim etməyə imkan verəcəkdir. İstehsal xəttinin üstünlüyü ondan ibarətdir ki, mənfi 40-45 dərəcə temperaturda ani donma zamanı meyvələrin tərkində yaranan buz kristalları çox kiçik ölçüdə olduğundan hüceyrə divarı partlamır və bu səbəbdən meyvələrin buzu əridiyi zaman adi donmadan fərqli olaraq, şirəsi axmadan formasını və dadını tam təbii, olduğu kimi saxlayır.

Sonra Prezident İlham Əliyev çipsi istehsalı və meyvə-tərəvəzin dondurulmasını əks etdirən qısa filmə baxdı.

Azərbaycan Prezidenti dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış oldu.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 min 351 sahibkarlıq subyektinə 83,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 milyon manat güzəştli kreditin verildiyini bildirdi. Bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açılmışdır. Güzəştli kredit hesabına maliyyələşdirilən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsindən 15-i istifadəyə verilmişdir ki, bu da müxtəlif sahibkarlıq sahələrini əhatə edir.

Diqqətə çatdırıldı ki, həyata keçirilən layihələr nəticəsində regionda məşğulluğun səviyyəsi artmış, müasir texnologiyalara əsaslanan yeni istehsal, emal müəssisələri yaradılmış, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalına başlanılmışdır.

Sonra dövlət başçısı müəssisənin laboratoriyası ilə tanış oldu.

Bildirildi ki, keyfiyyətə nəzarət laboratoriyasının əsas fəaliyyəti istehsal edilən bütün məhsulların fiziki, kimyəvi və orqanoleptik göstəricilərinin sınağını aparmaqdır. Müasir avadanlıq və kimyəvi maddələrlə təchiz edilən laboratoriyada zavoda daxil olan bütün xammalın analizi aparılır, keyfiyyəti yoxlanılır.

Prezident İlham Əliyev laboratoriya ilə tanış olduqdan sonra müəssisəni işə saldı və istehsal prosesini izlədi.

Məlumat verildi ki, istehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Xammal bazası yerli istehsalla yanaşı, Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı bölgələrindən də tədarük olunur. Bu isə öz növbəsində qonşu ölkədə yaşayan həmvətənlərimizin işlə təmin edilməsinə və maddi rifahının daha da yaxşılaşmasına imkan verəcəkdir. Layihələrin icrası nəticəsində 158 nəfər işlə təmin olunmuşdur. Zavod istismar müddəti başa çatmış köhnə tikililərdən ibarət avtomobil bazasının ərazisində inşa olunmuşdur. Bu ərazidə 1994-cü ildən məskunlaşan 17 məcburi köçkün ailəsinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə onların yeni inşa olunmuş mənzillərə köçürülməsi və zavodda işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Sonra Prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət etdi.

Dövlət başçısını salamlayan zavodun işçisi dedi: Xoş gəlmisiniz, hörmətli Prezidentimiz! Sizi görməyimizə şadıq. Çox yaxşı şəraitimiz vardır. Çox sağ olun!

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

Zavodun işçisi: Aylıq maaşımız vaxtında verilir. Ayda bir dəfə ərzaq payı alırıq. İşə gəlib-getmək üçün nəqliyyatımız, hər cür şəraitimiz vardır. Çox sağ olun, kollektivimiz adından bir daha Sizə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm və uğurlar arzulayıram.

Zavodun işçisi: Cənab Prezidentimiz! Sizi görməyimizə çox şad olduq. Sevincimizin həddi-hüdudu yoxdur. Ümummilli liderimiz də Qazağa gələrdi, bizimlə maraqlanardı. O, bizim qayğımıza qalardı. Bu qayğını bu gün Sizin simanızda görürük və Sizə öz təşəkkürümüzü bildiririk. Bu gün Qazax rayonu Sizin sayənizdə gündən-günə gözəlləşir, yeni iş yerləri açılır, istirahət parkları salınır. Gənclər Mərkəzinə görə də Sizə Qazax camaatı adından çox dərin təşəkkürümüzü bildiririk.

Allahdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi təbrik edirəm. Bu, gözəl müəssisədir. Mən çox şadam ki, burada işləyənlərin əksəriyyəti qadınlardır. Qadınları da işlə təmin etməliyik. Gənc ölkəmizdə böyük işlər gedir, işsizlik aradan qaldırılır.

Görürəm ki, burada qadınlar əksəriyyət təşkil edir. Özü də əksər qadınlar gənclərdir. Aranızda orta nəslin nümayəndələri də vardır. Yaxşı maaş verilir, yaxşı iş şəraiti vardır. Müasir müəssisədir. Həm sizin üçün, həm bölgə üçün, həm də dövlət üçün çox vacib olan sahədir.

Əvvəlki dövrlərdə biz əsas ərzaq məhsullarını idxal edirdik, idxaldan asılı idik. İndi özümüz özümüzü təmin edirik və ixrac imkanlarımız da vardır. Bu məsələdə həm dövlət, həm özəl qurumlar, həm də yerli icra orqanları bir yerdədirlər. Dövlət dəstək göstərir, kreditlər ayırır, özəl qurumlar bu dəstəkdən faydalanaraq vəsait qoyurlar, həm dövlətdən alınan kreditlər və həm də öz vəsaitləri hesabına iş yerləri açırlar. Yerli icra orqanları isə işlərin daha yaxşı getməsi üçün bütün lazımi şəraiti yaradırlar.

Bu gün burada, bəlkə də yüzlərlə insan işləyir.

Gələn il Qazaxda böyük sement zavodu işə salınacaqdır. Orada da təqribən 600 yeni iş yeri açılacaqdır. Yəni, bu cür faktlar çoxdur. Mən istəyirəm bütün qərb zonasında belə gözəl müəssisələr yaradılsın ki, həm insanlar yaxşı maaş alsınlar, işləsinlər, həm də ölkəmiz inkişaf etsin. Belə müəssisələrin yaradılmasında biz bir neçə vacib məqsədi nəzərə alırıq və ona çatırıq. İşsizlik aradan qaldırılır, yerli istehsal artır, biznes qurumları fəaliyyətlərini genişləndirirlər. Qeyri-neft sektoru inkişaf edir, idxalı əvəzləyən yerli məhsul istehsal olunur və ölkəmizin uğurlu inkişafı təmin edilir.

İndi bütün ölkəmizdə soyuducu anbarlar tikilir. Əgər tikilməsəydi, o məhsullar bata bilərdi. Yəni, kəndli zəhmət çəkib məhsul istehsal edir, sonra da saxlamağa yeri olmadığı üçün mallar batır. İndi gətirir verir soyuducu anbarlara, orada saxlayırlar. Bunun istehlak qiymətlərinə də çox müsbət təsiri vardır. Əgər bu mallar boldursa, deməli, istehlak qiymətləri də normal səviyyədə olacaqdır. Sağ olun, Sizə uğurlar arzulayıram.

X X X

Dövlət başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:08
Azərbaycan Respublikası Prezidentinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2023-cü il 26 may tarixli 2151 nömrəli, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 1 aprel tarixli 25 nömrəli və “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:08
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:06
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

23 yanvar 2025, 19:06
SƏNƏDLƏR Sərəncamlar 23 yanvar 2025
19:04
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti...

23 yanvar 2025, 19:04
SƏNƏDLƏR Fərmanlar 23 yanvar 2025
19:02
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

23 yanvar 2025, 19:02