Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Yelizarovdan

13 noyabr 2020, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ümumisrail Dağ Yəhudiləri Birliyi adından şəxsən Sizə və bütün Azərbaycan xalqına Azərbaycan xalqı və bütün azərbaycanlı həmvətənlər üçün böyük Qələbə günü münasibətilə səmimi təbriklərimizi bildirirəm.

Tarixi ədalət zəfər çaldı və Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxdı.

Dağ yəhudiləri və Azərbaycan xalqı müxtəlif dövrlərdə həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə qardaş olublar. Biz Azərbaycanın uğurlarına görə çox şadıq.

Dərin hörmət və səmimi təbriklərimlə,

Pavel Yelizarov

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri,

Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55