ISESCO-nun sabiq Baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveycridən

12 noyabr 2020, 18:42


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və Azərbaycan xalqını ölkənizin Dağlıq Qarabağ bölgəsinin böyük hissəsinin işğaldan azad olunması, eləcə də müharibəyə son qoyan və 2020-ci il dekabrın əvvəlinə qədər işğal altında olan digər ərazilərin azad edilməsini nəzərdə tutan razılaşmanın imzalanması münasibətilə təbrik etməkdən şərəf hissi duyuram.

Bu qələbə Sizin müdrik rəhbərliyinizlə ordunuzun güclü iradəsi və qəhrəmanlıq ruhu sayəsində əldə olunub.

Ölkənizin sadiq tərəfdarı və səmimi dostu olmağımla fəxr edirəm.

Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində bu münaqişə ilə bağlı həqiqətlərin təbliği və Ermənistanın təcavüzünün pislənilməsi istiqamətində dostumuz və mərkəzin Baş katibi ilə davamlı olaraq əməkdaşlıq edirik.

Biz bu qələbənin əldə olunmasına görə çox xoşbəxtik və regionda sülhün bərqərar olmasını səbirsizliklə gözləyirik.

Zati-aliləri, Sizə olan dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Əbdüləziz bin Osman əl-Tuveycri

ISESCO-nun sabiq Baş direktoru

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55