“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkazlıdan

12 noyabr 2020, 14:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm qələbə münasibətilə, sevinc və həyəcan dolu böyük fəxarət və qürur hissi ilə Sizə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaq istərdik.

Zati-aliləri, Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Bu şanlı zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində əldə edildi.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət, onların kədərli ailələrinə, başda Zati-aliləri cənab Ali Baş Komandan olmaqla, Azərbaycan xalqına və Azərbaycan Ordusuna dərin hüznlə başsağlığımızı çatdırır, yaralananlara şəfa və tezliklə sağalmalarını diləyirik.

Bu tarixi bir gündə başda Müzəffər Ali Baş Komandan olmaqla, dost və qardaş Azərbaycan xalqını bir daha təbrik edir, daim sülh və əmin-amanlıq arzulayırıq.

Hörmətlə,

Levent Kafkazlı

“Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri

Türkiyə Respublikası, İstanbul şəhəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55