Məhkəmə qərarlarinin icrası işinin təkmilləşdirilməsi və «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 iyul 2010, 18:27

Məhkəmə qərarlarının vaxtında və tam icra olunmasının ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, son illərdə bu sahədə qanunvericilik bazası möhkəmləndirilmiş, bir sıra təşkilati və praktiki tədbirlər həyata keçirilmişdir.

Məhkəmə və digər orqanların qərarlarının icrası işini daha da təkmilləşdirmək və «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları baş idarəsi İcra baş idarəsi adlandırılsın.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:

2.1. qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra və məsuliyyət tədbirlərinin səmərəli tətbiqini təmin etsin, məhkəmə və digər orqanların qərarlarının icrasından yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətini gücləndirsin;

2.2. dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra olunması vəziyyətinə dair hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. icra işinin keyfiyyətcə yeni səviyyədə qurulması, bu sahədə kadr potensialının gücləndirilməsi, icra xidmətinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görsün;

2.4. icra məmurları tərəfindən icra intizamına ciddi əməl olunmasını təmin etsin, onların fəaliyyətində sui-istifadə, süründürməçilik və digər qanun pozuntuları ilə bağlı müraciətlərin təxirəsalınmadan araşdırılması üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. icra işini həyata keçirən ədliyyə orqanlarının zəruri təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün və bunun üçün tələb olunan vəsaitin 2011-ci il dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;

3.2. bir ay müddətində:

3.2.1. qüvvədə olan qanunvericilik aktlarının «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2.3. öz səlahiyyətləri daxilində «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında», «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Müəyyən edilsin ki:

4.1. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin ikinci cümləsində, 84-1.2-ci maddəsinin ikinci cümləsində və 86.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

4.2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

5. «Ədliyyə orqanlarının inkişafı haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 671; 2007-ci il, № 12, maddə 1223; 2009-cu il, № 12, maddə 983; 2010-cu il, № 2, maddə 80) ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturunda və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının tərkibində «Məhkəmə icraçıları» sözləri «İcra» sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2010-cu il.

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30