Azərbaycanda yaşayan xalqların nümayəndələrindən

10 noyabr 2020, 19:05


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. Məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır.

Vətən müharibəsinin həyəcan, lakin böyük ümid dolu dövründə elə gün olmadı ki, ölkənin fərqli inanc yerlərində, müxtəlif dillərdə qəhrəman Azərbaycan Ordusuna, müasir Azərbaycan tarixinin yeni qalibiyyət səhifəsini yazmış Müzəffər Ali Baş Komandanımıza dualar edilməsin, Vətən torpaqlarının erməni işğalçılarından azad olunmasında fədakarlıq göstərən əsgər və zabitlərimizə Uca Rəbbimizdən cansağlığı, qələbə müjdəsi arzuları dilə gətirilməsin. Misilsiz tarixi Qələbəmizin əldə olunmasında Sizin müdrik dövlət başçısı, qətiyyətli sərkərdə və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyev məktəbinin layiqli davamçısı kimi misilsiz xidmətlərinizi və nailiyyətlərinizi yüksək dəyərləndirir, 30 illik intizardan sonra bizə qələbə sevincini yaşatdığınıza görə Azərbaycanda yaşayan bütün xalqlar adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Kamal Abdullayev - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri

Rəvan Həsənov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

İmamverdi Həmidov - Azərbaycanda talış icmasının ağsaqqalı

Əhməde Həpo - Azərbaycanda kürd icmasının ağsaqqalı

İmran Rzayev - “Samur” Ləzgi Mərkəzinin sədri

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri

Mixail Zabelin - Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı

Elman Əhmədov - “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri

Robert Mobili - Alban-Udi Xristian Dini İcmasının sədri

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri

Rafiq Abdullayev – “Buduq” Xeyriyyə Cəmiyyətinin sədri

Gülcan Miəsautova - “Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyətinin sədri

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin sədri

Sevinc Bulacova - Azərbaycanda ingiloy icmasının rəhbəri

Rafael Qvaladze - Azərbaycanda yaşayan gürcü icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri

SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2024
16:31
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

02 oktyabr 2024, 16:31
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2024
16:29
Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin SİYAHISI

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 2 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Təminedici struktur bölmələr – dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına...

02 oktyabr 2024, 16:29
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2024
16:27
“Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

02 oktyabr 2024, 16:27
SƏNƏDLƏR Müraciətlər 02 oktyabr 2024
10:53
“İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına

Hörmətli Forum iştirakçıları,

Sizi “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

Siz...

02 oktyabr 2024, 10:53
SƏNƏDLƏR Müraciətlər 02 oktyabr 2024
10:10
“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram.

Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə...

02 oktyabr 2024, 10:10
SƏNƏDLƏR Fərmanlar 01 oktyabr 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

01 oktyabr 2024, 16:54
SƏNƏDLƏR Sərəncamlar 01 oktyabr 2024
14:41
R.S.Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                             

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında...

01 oktyabr 2024, 14:41
SƏNƏDLƏR Sərəncamlar 01 oktyabr 2024
14:39
R.S.Mustafayevin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan...

01 oktyabr 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 30 sentyabr 2024
14:27
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında...

30 sentyabr 2024, 14:27