İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür

05 aprel 2012, 22:30
İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür

Prezident İlham Əliyev Çexiya Respublikası Parlamenti Deputatlar Palatasının sədri xanım Miroslava Nemtsova ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı bazanın olduğu vurğulandı.

Azərbaycan ilə Çexiya arasında Avropa Parlamenti strukturları çərçivəsində, eləcə də Azərbaycan-Avropa İttifaqı çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olundu. Parlamentlərarası dostluq qruplarının bu əlaqələrin genişlənməsində rolunun vurğulandığı görüşdə hər iki ölkənin qanunverici orqanlarının bu münasibətlərin inkişafına töhfə verdiyi bildirildi.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının Fəxri qonaqlar kitabını imzaladı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55