20:15

Prezident İlham Əliyev Çexiyaya dövlət səfəri çərçivəsində Praqa şəhərindəki qədim Karl körpüsü ilə tanış olmuşdur.
Dövlət başçısına məlumat verildi ki, hazırda Çexiyanın paytaxtında turistləri ən çox cəlb edən tarixi abidələrdən biri də Praqa şəhərini iki hissəyə ayıran Vltava çayı üzərində salınmış Karl körpüsüdür. 1357-1400-cü illərdə Çexiya kralı və Müqəddəs Roma imperatoru IV Karlın əmri ilə memar Peter Parler tərəfindən inşa olunan körpünün uzunluğu 516, eni isə 10 metrdir.
Paytaxtın qərbi ilə şərqini qovuşduran bu körpü 1841-ci ilə qədər Praqanın qəsrlərlə zəngin olan hissəsi ilə köhnə məhəllələrini Vltava çayı üzərindən birləşdirən yeganə vasitə olmuşdur.
Qeyd edildi ki, tarixən Karl körpüsü Şərqi və Qərbi Avropanın ticarət yollarının qovşağında yerləşdiyindən mühüm əhəmiyyət kəsb etmişdir. Hər iki tərəfində tikilmiş qüllələrdən körpünün təhlükəsizliyi təmin olunurdu. Körpünün Köhnə Şəhərə girişi təmin edən şərq tərəfindəki qüllə orta əsrlər Avropasının ən gözəl tikililərindən biri sayılır. Qüllənin üzərini imperator IV Karla tabe olan ərazilərin hakimlərinə məxsus gerblər bəzəyir. Qüllənin ikinci mərtəbəsində körpünün himayədarı müqəddəs Vita, IV Karl və IV Vatslavın heykəlləri qoyulmuşdur. Körpünün qərb hissəsində inşa olunan digər qüllə də öz gözəlliyi ilə diqqəti cəlb edir. Körpünün kənarlarında 1700-cü ildə barokko üslubunda irili-xırdalı 30-a qədər heykəl quraşdırılmışdır. Bu heykəllər körpünün cəlbediciliyini daha da artırır.
Azərbaycan Prezidentinə məlumat verildi ki, gündüzlər qələbəlik olan körpüdə küçə sənətkarları öz bacarıqlarını nümayiş etdirir, insanlarda xoş ovqat yaradırlar. Əsrlərin sınağına sinə gərən bu qədim möhtəşəm qurğu onunla tanış olanlarda zəngin təəssürat doğurur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...
19 aprel 2025, 11:26Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
19 aprel 2025, 11:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası...
19 aprel 2025, 11:20