11:00
Hörmətli cənab Prezident,
23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Dostluq və qarşılıqlı...
23 iyul 2026, 11:00
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.
Rusiya Prezidenti Vladimir Putin dedi:
-Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.
Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, torpaqları çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.
Vladimir Vladimiroviç, Sizə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Sağ olun.
Prezident Vladimir Putin: Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. İmzalamaya başlayaq.
Prezident Vladimir Putin: Bəli.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.
Prezident Vladimir Putin: Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Çox sağ olun, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu ərazilərdə yaşayan bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadan inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifahı üçün yaxşı baza şəraiti yaratdıq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistan xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Prezident Vladimir Putin: Xudahafiz.
Prezident İlham Əliyev: Xudahafiz.


Hörmətli cənab Prezident,
23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Dostluq və qarşılıqlı...
23 iyul 2026, 11:00Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il mayın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
22 iyul 2026, 14:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 7 iyul...
22 iyul 2026, 14:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
22 iyul 2026, 14:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli “Vətənə...
22 iyul 2026, 14:20Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 22 iyul tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən...
22 iyul 2026, 14:17Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...
22 iyul 2026, 14:16Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən...
22 iyul 2026, 14:14-Xanımlar və cənablar, xoş gəlmisiniz.
Mən bu gün Berlində Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan olduqca məmnunam. Bu gün biz hələ mart ayında planlaşdırılan səfərinizi həyata keçiririk. Lakin...
21 iyul 2026, 15:48Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə...
21 iyul 2026, 15:46