İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

02 aprel 2012, 18:00
İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigeninin başçılıq etdiyi Avropa Parlamenti Assambleyası Bürosunun nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Avronest Parlament Assambleyasının böyük nümayəndə heyətinin ölkəmizə səfərindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Avronestin Avropadan kənarda ilk sessiyasının Bakıda keçirilməsini tərəfdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi. Avronest Parlament Assambleyası ilə ölkəmizin əməkdaşlıq etməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etdi.

Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etmələrinin əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyətinin üzvlərini Prezident İlham Əliyevə təqdim etdi. Kristian Vigenin bildirdi ki, Avronest nümayəndə heyətinin ölkəmizə səfəri təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa verdiyi böyük önəmin göstəricisidir.

Görüşdə Avronest Parlament Assambleyasının Azərbaycan ilə Avropa Parlamenti və Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. 

SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42