07 noyabr 2020, 17:17
Məlahət Musayevadan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması yolundakı uğurlu siyasətinizi alqışlayır və dəstəkləyirik. Biz daim Sizinləyik. Bütün Azərbaycan xalqı arxanızdadır.
İnanırıq ki, çox yaxında Sizin iştirakınızla doğma Qarabağımızda hərbi parad keçirəcək, böyük Qələbəmizi təntənəli şəkildə qeyd edəcəyik. İnşallah!
Sizə, əsgər və zabitlərimizə cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Ağdam rayonu 111 saylı köçkün tam orta məktəbinin kollektivi adından
Məlahət Musayeva
Direktor
Azərbaycan Respublikası, Ağdam rayonu.