05 noyabr 2020, 13:51
Günay Novruzdan, Sumqayıt, Azərbaycan
Cənab Prezident.
Xalq yazıçısı Cabir Noruz nəslinin davamçısı, bir gənc yazıçı olaraq bu günləri bizə yaşatdığınıza görə həm ailəmiz adından, həm də öz adımdan Sizə minnətdarlığımı bildirirəm. Hər gün doğru xəbərin ünvanı Azərbaycan Televiziyasına baxdıqda könlümdən yeni-yeni əsərlər yazmaq keçir. Siz biz gənc yazarlar üçün Vətən haqqında dastanlar yazmağa zəmin yaratdınız. Sözün əsil mənasında, bizim ilhamımız oldunuz.
Hörmətlə,
Günay Novruz
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.