“Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri cənab Bidzina İvanişviliyə

01 noyabr 2020, 17:35

Hörmətli cənab İvanişvili,

Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Sizi öz adımdan və Yeni Azərbaycan Partiyası adından ürəkdən təbrik edirəm.

Sədri olduğunuz partiyanın ardıcıl olaraq üçüncü parlament seçkilərində qalib gəlməsi dost Gürcüstan xalqının həyata keçirdiyiniz siyasi kursa dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu qələbəniz ölkənizin daha da çiçəklənməsinə xidmət edəcək, xalqlarımız arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzu edirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 noyabr 2020-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55