İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin “Gənclik” və “İçərişəhər” yarımstansiyalarının açılış mərasimlərində iştirak etmişdir

16 mart 2012, 18:20
İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin “Gənclik” və “İçərişəhər” yarımstansiyalarının açılış mərasimlərində iştirak etmişdir

Prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin “Gənclik” yarımstansiyası, Tədris Mərkəzinin və “İçərişəhər” yarımstansiyasının açılış mərasimlərində iştirak etmişdir.

“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev yeni inşa olunan “Gənclik” yarımstansiyası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt və ətraf qəsəbələrin dayanıqlı elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elektrik enerjisi sahəsində görülən işlərin nəticəsi olaraq artıq “Bakıelektrikşəbəkə”də dairəvi təchizat sxeminin tətbiqinə başlanıb. Dairəvi sxemin tətbiqi paylayıcı və ötürücü şəbəkənin etibarlılığı və dayanıqlığını artırmaqla yanaşı, operativliyi də təmin edir. Bu sistemin başlıca üstünlüklərindən biri də istənilən vaxtda istehlakçıları elektrik enerjisi ilə tam təmin etmək imkanlarına malik olmasıdır. Son bir neçə ildə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində “Bakıelektrikşəbəkə” dairəvi təchizat sxeminin formalaşdırılmasına nail olub.

Yaxınlıqdakı ərazidə yerləşən bir sıra obyektləri elektrik enerjisi ilə qidalandıracaq “Gənclik” yarımstansiyası “Səngəçal”-“Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı II dairəvi elektrik sxeminin tərkib hissəsidir. Qeyd olundu ki, Gənclik meydanı və ətraf ərazilərdəki idarə və müəssisələrin enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə tikilən 35/10 kilovoltluq “Gənclik” yarımstansiyası paylayıcı şəbəkə üçün müstəsna əhəmiyyətə malikdir. Bu yarımstansiyaların şəbəkələrinin genişləndirilməsi obyektlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Ərazidə yerləşən idarə və müəssisələrin enerji mənbəyi olan “Gənclik” yarımstansiyası 215 və 96 saylı yarımstansiyalar arasında uzlaşaraq, 35 kilovoltluq elektrik əlaqəsinə malikdir ki, bu da qovşağın etibarlılığına və 35 kilovoltluq dairəvi sxemin yaradılmasına xidmət edir. Yarımstansiyanın ətrafında yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri görülübdür.

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısı mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektrik enerjisi sənayesinin inkişafındakı xidmətlərini əks etdirən fotolardan ibarət guşəyə baxdı. Sonra Prezident İlham Əliyev mərkəzin ikinci mərtəbəsində quraşdırılan müxtəlif texniki avadanlıqla tanış oldu. Bu mərtəbədə 10/04 kilovoltluq iki yarımstansiya, rele mühafizəsi və avtomat elektrik avadanlığı və kabel xətlərinin sınaqları, dispetçer SCADA idarəetmə sistemi bölmələri, alternativ və bərpa olunan enerji mənbələri üzrə sinif otaqları və konfrans zalı yerləşir. Tədris Mərkəzinin dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edildiyi qeyd olundu. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcəkdir. Dövlət başçısı 110 kilovoltluq eleqaz açarının məsafədən idarə olunması prosesini həyata keçirdi.

Sonra “Bakıelektrikşəbəkə” ASC tərəfindən yeni inşa olunan 110 və 35 kilovoltluq yarımstansiyaların slaydları nümayiş etdirildi. Bakı şəhərində ilk dəfə olaraq 110 kilovoltluq dairəvi elektrik sisteminin yaradıldığı bildirildi.

Mərkəzin tədris otaqları müasir əyani vəsaitlər, avadanlıq və kompyuter texnologiyası ilə tam təmin edilib. Burada istehlakçıların dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən avadanlıqdan yüksək peşəkarlıqla istifadə etmək üçün şəbəkə işçilərinə müvafiq kurslar təşkil olunacağı bildirildi. Kursların keçirilməsinə qabaqcıl ölkələrin mütəxəssisləri və yerli kadrlar cəlb olunacaqdır. Tədris Mərkəzində şəbəkə işçiləri ilə yanaşı, ali məktəbi bitirən məzunlar da ixtisaslarını artıracaqlar. Kursları bitirənlərə xüsusi sertifikatlar veriləcəkdir.

“Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostika və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriya kompleksi ilə də tanış oldu.

Sonra dövlət başçısı “İçərişəhər” yarımstansiyasının açılışında iştirak etdi. Bu yarımstansiya barədə də Prezidentə məlumat verildi. Qeyd olundu ki, “İçərişəhər” yarımstansiyası “Müşfiq”-“Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I dairəvi elektrik sxeminin tərkib hissəsidir. “İçərişəhər” yarımstansiyası “Siemens” şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. “İçərişəhər” yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyasının ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılmışdır.

Yarımstansiyanın bütün elektrik avadanlığı, rele mühafizəsi və avtomat qurğuları SCADA məsafədən idarə etmə sisteminə qoşulmaqla sadə, asan və operativ idarə olunur. Yarımstansiyada elektrik avadanlığı, materialların yanğından və partlayışdan mühafizəsi üçün yanğın əleyhinə siqnalizasiya sistemi də quraşdırılmışdır.

Dövlət başçısı 40 meqavatlıq transformatoru işə saldı. Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37