İlham Əliyev Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini və iqtisadi və regional inkişaf nazirini qəbul etmişdir

15 mart 2012, 15:30
İlham Əliyev Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini və iqtisadi və regional inkişaf nazirini qəbul etmişdir

Prezident İlham Əliyev Serbiya Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi və iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul etmişdir.

Xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O dedi ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Serbiya Prezidenti Boris Tadiçlə keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında bu görüşlərin vacib rol oynadığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. Dövlətimizin başçısı iqtisadi sahədə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Prezident İlham Əliyev Serbiya Prezidenti Boris Tadiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Sərəncamlar 19 may 2025
14:17
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

19 may 2025, 14:17
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42