15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Prezident İlham Əliyev “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir.
Dövlət başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verdi ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Tikintisi 1990-cı ildə dayandırılan kanalizasiya təmizləyici qurğu da yararsız vəziyyətdədir.
Qeyd olundu ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanmışdır. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunmuşdur. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilmişdir. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaqdır.
Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcəkdir. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcəkdir və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcəkdir.
Bildirildi ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaqdır. Masallı şəhərindəki bütün evlərin bu şəbəkəyə qoşulması təmin ediləcəkdir. Yeni layihəyə əsasən, çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 111,1 kilometr, boruların diametr isə 200 millimetrdən 800 millimetrə qədər olacaqdır. Toplanan çirkab suları ümumi gücü 37 min əhali ekvivalentinə hesablanmış, saniyədə 242 litr suyu təmizləmək qabiliyyətinə malik, genişləndirilmiş, aerasiya tipli təmizləyici qurğu vasitəsilə emal ediləcəkdir. Bu qurğunun istənilən məsafədən idarə olunması üçün müvafiq SKADA sistemi quraşdırılacaqdır. Hazırda “Meliorasiya və Su Təsərrüfatı” ASC Masallıdan başqa, “Milli su təchizatı və kanalizasiya xidmətləri” üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.
Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoydu.
Dövlət başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30