İlham Əliyev Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

13 mart 2012, 11:30
İlham Əliyev Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanmışdır.

Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır.

Qeyd edildi ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43