İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

13 mart 2012, 12:50
İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlət başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.

Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır.

Dövlət başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Kollektiv adından çıxış edən həkim Aliyə Həsənova ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Prezident İlham ƏLİYEV xəstəxananın kollektivi ilə görüşərək dedi: 

- Sizi gözəl hadisə münasibətilə təbrik edirəm. Çox şadam ki, Mərkəzi Rayon Xəstəxanası artıq gözəl görkəm alıbdır. Əvvəlki şəkillərə baxanda təsəvvür etmək çətindir ki, burada xəstələrə necə qulluq edilirdi. İndi isə bütün gözəl imkanlar, şərait vardır. Vəsait ayrılmış və ondan səmərəli şəkildə istifadə olunmuşdur. Gözəl, müasir tibb mərkəzi yaradıldı. Mən indi baş həkimə deyirəm ki, bütün xəstələr - həm şəhərdən, həm də yaxın kəndlərdən olan xəstələr burada müalicə olunmalıdır. Əməliyyat şöbələri, reanimasiya, doğum şöbələri vardır. Bu da çox vacibdir.

Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Burada gözəl avadanlıq quraşdırılıbdır. Gərək burada təlim kursları təşkil olunsun ki, xəstələrə gözəl qulluq edilsin. Astara Mərkəzi Rayon Xəstəxanasının istifadəyə verilməsindən sonra demək olar ki, bütün bölgədə artıq gözəl müasir tibb infrastrukturu yaradılmış olur. Çünki əvvəlki dövrlərdə Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi yaradılmışdır. Salyan Mərkəzi Rayon Xəstəxanası tikilmişdir. Biləsuvarda, Cəlilabadda diaqnostika mərkəzləri tikilmişdir. Yadımdadır ki, Lerikdə gözəl xəstəxana açılmışdı. Yəni, bölgənin bütün əhalisi bu gözəl şəraitlə təmin edilir. Artıq bir rayondan başqa rayona getmək üçün ehtiyac qalmır. Astara rayonunun sakinləri də mütləq tibbi xidmətdən istifadə etməlidir. Mən dedim ki, maarifləndirmə işləri də aparılmalıdır. Hər bir vətəndaş vaxtaşırı diaqnostikadan keçməlidir. Burada da şərait vardır. Ultrasəs və digər avadanlıq vardır. Çox şadam ki, Astarada gözəl tibb mərkəzi yaradılıb. Həkimlər, tibb bacıları da xəstələrə yaxşı qulluq etməlidir.

Xəstəxananın həkimi Aliyə HƏSƏNOVA bu xəstəxananın yenidən qurulmasına və bütövlükdə ölkədə səhiyyənin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

- Cənab Prezident!

İcazə verin, Sizi bütün astaralılar adından səmimi qəlbdən salamlayım və Sizə rayonumuza “Xoş gəlmisiniz!” deyim.
Bu gün Sərəncamınız əsasında əsaslı təmir edilmiş və yenidən qurulmuş bu şəfa ocağının, gözəlliyi ilə göz oxşayan istirahət parkının açılışına toplaşmışıq. Cənab Prezident, bu, Sizin bütün astaralılara göstərdiyiniz qayğının təcəssümüdür.

Əvvəllər xəstəxanamız bərbad vəziyyətdə idi. Müasir tibb avadanlığına ciddi ehtiyac duyulurdu. Xəstələrin burada stasionar müalicəsi üçün heç bir şərait yox idi. Ona görə də əhali məcbur olub xeyli vaxt və vəsait sərf edib rayondan kənarda yerləşən tibbi mərkəzlərə üz tuturdu. Buna görə də Azərbaycanın cənub qapısı, ulu öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın cənub mirvarisi olan Astarada belə bir xəstəxananın yaradılmasına Sərəncam verdiniz.

Bu gün açılışına gəldiyiniz bu xəstəxanada biz səhiyyə işçiləri əhaliyə daha yaxşı tibbi xidmət göstərəcəyik. Buna görə biz Sizə çox minnətdarıq, cənab Prezident.

Artıq həyatı xilas edilən hər bir insanın şəfa tapmasında Sizin böyük qayğınız danılmazıdır, cənab Prezident!
Cənab Prezident, icazə verin bu fərəhli anlardan istifadə edərək Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanın Əliyevaya da dərin minnətdarlığımızı çatdıraq. Biz Mehriban xanımla fəxr edirik. Azərbaycanın birinci xanımı dünyanın mötəbər məclislərində ölkəmizi şərəflə təmsil edir. Dünya Mehriban xanımın timsalında Azərbaycan qadınının parlaq simasını görür. Biz səhiyyə işçiləri, bütün astaralılar Mehriban xanımla fəxr edirik. Bu gün biz astaralılar, xüsusilə gənclər, ətrafınızda sıx birləşməklə, işıqlı ideyalarınızın həyata keçirilməsi üçün hər an Sizinləyik.
Ulu Tanrı sizə yar olsun! Çox sağ olun, cənab Prezident!

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən bir daha sizi təbrik etmək istəyirəm. Doğrudan da bu, gözəl hadisədir. Çünki insanların sağlamlığı hər şeydən üstündür, hər şeydən. Hər bir insan müəyyən dövrdə həkimlərə müraciət edir.

Azərbaycanda hər bir yerdə gözəl tibbi xidmət göstərmək imkanı olmalıdır. Bizdə gözəl, peşəkar həkimlər vardır. Tibb məktəbi də güclüdür. Son illər səhiyyə sisteminin təkmilləşməsinə böyük vəsait ayrılıbdır. Ancaq vaxtilə tikilmiş xəstəxanalar əfsuslar olsun ki, sonra bərbad vəziyyətə düşmüşdür. Bunu oradakı şəkillərdən də görmək olar. Təsəvvür etmək çətindir ki, burada necə xidmət göstərmək olar? Ən gözəl həkim burada, belə şəraitdə xəstəyə kömək edə bilməzdi. Ona görə bizim borcumuz və vəzifəmiz ondan ibarətdir ki, belə gözəl tibb ocaqları yaradaq. Ona görə indi səhiyyə obyektlərinin yaradılması, yeni xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri tikilməsi işi geniş vüsət alıbdır.
Çox şadam ki, nəhayət, Astarada da belə gözəl xəstəxana qapılarını artıq xəstələrin üzünə açır. Əminəm ki, burada ən yüksək səviyyədə tibbi xidmət göstəriləcəkdir. İcra başçısı mənə deyir ki, əvvəlki dövrdə müalicə üçün xaricə üz tuturdular.

İndi hesab edirəm ki, xaricdən müalicə üçün buraya gələcəklər. Xəstəxananı yaxşı vəziyyətdə saxlayın. Ən önəmlisi odur ki, müasir səviyyədə tibbi xidmət göstərilməlidir. Bunu etmək üçün indi bütün imkanlar vardır.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42