15:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Heydər Əliyev Fondunda olmuşlar.
Xorvatiya dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident İvo Yosipoviç və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.
Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdılar.
Qonaqlara Fondun xatirə hədiyyəsi təqdim olundu.
Sonda Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.
Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı...
20 may 2025, 15:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və...
20 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən...
20 may 2025, 15:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya...
20 may 2025, 14:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və...
20 may 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı,...
20 may 2025, 14:45Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex...
20 may 2025, 14:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Bu yaxınlarda...
20 may 2025, 14:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı...
20 may 2025, 14:30