13:25

Prezident İlham Əliyev Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Mədəniyyətlə bağlı keçirilən çoxsaylı tədbirlərə toxunan Prezident İlham Əliyev əlaqələrimizin sürətli inkişafında bu tədbirlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın Fransada təqdimatı çərçivəsində mədəniyyət sahəsi ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Bakıda təşkil olunacaq sərginin də bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsinə xidmət edəcəyini dedi. Dövlətimizin başçısı Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən Fransa Respublikasının mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran dedi: “Cənab Prezident, qəbula görə Sizə minnətdaram, atanız Heydər Əliyevin layiqli davamçısı kimi Sizinlə görüşümdən böyük şərəf duyuram”.
Nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyətini yüksək qiymətləndirərək onun təşəbbüsü ilə Fransada keçirilən təqdimat tədbirlərinin Azərbaycanın tanınmasında böyük rol oynadığını qeyd etdi. Bakıda keçiriləcək “Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək” sərgisinin də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunduğunu vurğulayan Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın bir sıra istiqamətlərdə genişləndirməyin zəruriliyini bildirdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43