Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir

06 mart 2012, 23:10
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir

Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.

“Bizim şəxsi və dövlətlərarası münasibətlərimiz gözəl tarixə malikdir və dostluğa, qardaşlığa, qarşılıqlı dəstəyə əsaslanır”, - deyən Prezident İlham ƏLİYEV əmin olduğunu bildirdi ki, bu münasibətlərin gözəl gələcəyi vardır.
Prezident İlham Əliyev səfər çərçivəsində müzakirə olunan məsələlərə toxunaraq dedi ki, danışıqlarda ikitərəfli münasibətlərin gündəliyi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Gürcüstan ilə Azərbaycan arasında münasibətlərin gələcəyi ilə bağlı tam qarşılıqlı anlaşmanın olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu münasibətlərin möhkəm əsası vardır. Bundan əlavə, xalqlarımız arasında sıx qonşuluq tarixi mövcuddur və müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib.

“Budəfəki danışıqlar zamanı ikitərəfli münasibətlərin gələcək prioritetləri müəyyənləşdirilib və əminəm ki, əməkdaşlığın müsbət nəticələri gələcəkdə daha da çoxalacaq”, - deyən Prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat və enerji təhlükəsizliyi ilə bağlı layihələrdən danışdı. Bildirdi ki, bu istiqamətlərdə səylər nə qədər sıx əlaqələndirilsə həmin layihələrin uğuru o qədər çox olacaqdır.

Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini deyən dövlətimizin başçısı ikitərəfli münasibətlərin nadir xarakter daşıdığını bildirdi.

Gürcüstana və gürcü xalqına böyük hörmətlə yanaşdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, Gürcüstan böyük ənənələri, zəngin mədəniyyəti və qədim tarixi olan ölkədir. Azərbaycanın Gürcüstanın əldə etdiyi uğurlara sevindiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, uğurlu inkişaf yalnız səylərin sıx birləşməsi nəticəsində mümkündür. “Azərbaycan və Gürcüstan iki dost və iki qardaşdır. Belə olub, belədir və belə də olacaq”, - deyə Prezident İlham Əliyev vurğuladı.

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ ölkələrimiz arasında mövcud münasibətlərdən danışdı, xalqlarımızın bir-birinə olan hörmət hisslərinin tarixdən qaynaqlandığını diqqətə çatdırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Prezident Mixeil Saakaşvili onunla görüşlərini xatırladı.

Hər səfərində Azərbaycanda böyük dəyişikliklərin şahidi olduğunu, ölkəmizdə gedən inkişafın onu sevindirdiyini deyən Gürcüstan Prezidenti Azərbaycanın gözəl perspektivə malik ölkə olduğunu bildirdi. Gürcüstan dövlətinin başçısı Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin gələcək uğurlarından xəbər verdiyini dedi.

Vurğuladı ki, Azərbaycandakı inkişaf Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub.

“Bu gün Gürcüstanın belə sürətlə inkişaf etməsini Azərbaycanın dəstəyi olmadan təsəvvür etmək mümkün deyil”, - deyən Prezident Mixeil Saakaşvili Azərbaycanın Gürcüstana çətin məqamlarda köməyini xatırlatdı və gürcü xalqının bunu heç vaxt unutmadığını vurğuladı.

“Əminəm ki, Azərbaycan sonadək güclü və müstəqil dövlət olacaqdır”, - deyən Prezident Mixeil Saakaşvili Azərbaycan-Gürcüstan dostluğunun gələcək nəsillərə ötürüləcəyinə inandığını diqqətə çatdırdı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42