17:29
Hörmətli Fərid Mansurov!
Sizi – Azərbaycan güləş məktəbinin görkəmli nümayəndəsini böyük idmandan yola salarkən yarış meydanlarında göstərdiyiniz yüksək nailiyyətlər gözlərimiz önündə canlanır.
Siz beynəlxalq miqyasda tanınan və ölkəmizin idman tarixinə adı parlaq hərflərlə yazılan məşhur idman ustalarındansınız. Zəngin ənənələrə malik Azərbaycan güləş məktəbinin yetirməsi olaraq idman aləmində keçdiyiniz şərəfli yolu hər birimiz qürur və fərəh hissi ilə xatırlayırıq.
İlk qələbələrinizi müstəqil respublikamızın bayrağı altında yunan-roma güləşi üzrə gənclərdən ibarət milli yığma komandamızın tərkibində beynəlxalq miqyaslı yarışlarda qazanmısınız. 2004-cü il Afina Yay Olimpiadasının çempionu adına layiq görülməyiniz isə hamımızı ürəkdən sevindirmişdir. Həmin uğurların davamı kimi sonrakı illər ərzində ikiqat dünya çempionu adını almağınız Sizin yüksək səviyyəli peşəkar idmançı olduğunuzu bir daha təsdiq etmişdir.
Ölkəmizdə idmanın inkişafı naminə verdiyiniz töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz “Şöhrət” ordeni, “Tərəqqi” medalı, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü ilə təltif edilmisiniz.
Sizə uzun ömür, cansağlığı və səadət arzulayıram. Ümidvaram ki, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü və yunan-roma güləşi üzrə milli komandamızın baş məşqçisi olmaqla Siz respublikamızda bundan sonra da yeni gənc pəhləvanlar nəslinin yetişdirilməsi üçün öz zəngin təcrübə və bacarığınızı əsirgəməyəcəksiniz.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul 2010-cu il.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21