1994-2005-ci illərdə Ukraynanın Prezidenti Leonid Kuçmadan ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini Abraham Foksmandan

23 oktyabr 2020, 18:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Son günlərdə Ermənistan tərəfindən Gəncə şəhərində yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, biz həmsədrlərimiz xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin, eləcə də Mərkəzin baş katibinin sonsuz dəstəyi ilə əməkdaşlıq çərçivəsində çalışaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Dağlıq Qarabağla bağlı müzakirələr aparırıq.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk.

Leonid Kuçma

1994-2005-ci illərdə Ukraynanın Prezidenti

Abraham Foksman

ABŞ-ın Nyu-York şəhərindəki Yəhudi İrsi Muzeyinin Qəyyumlar Şurası sədrinin müavini 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55