Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Türk Ticarət və Sənaye Palatasının sədri Rıfat Hisarcıklıoğludan

19 oktyabr 2020, 15:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yenidən başlanan hücumlarını kədər hissi ilə öyrəndik və yaxından izləyirik. Bu hücumlar bölgəmizdə sülh səylərinə böyük zərbə vurur.

Bu hücumlarla beynəlxalq hüquq açıq şəkildə pozulmaqdadır. Mülki şəxslər arasında da itkilərə səbəb olan hücumları şiddətlə qınayırıq. Ermənistan bu hücumlarla bölgədə sülhə və sabitliyə ən böyük təhdid olduğunu bir daha göstərdi.

Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün legitim müdafiə hüququnu dəstəkləyirik. Bu prosesdə türk biznes aləminin, o cümlədən Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır. Beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırırıq.

Fürsətdən istifadə edərək, həlak olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyir, can Azərbaycana başsağlığı veririk.

Dərin hörmətlə,

Rıfat Hisarcıklıoğlu

Türkiyə Palatalar və Birjalar Birliyinin sədri

Türk Ticarət və Sənaye Palatasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55