Rumıniyanın sabiq Baş Naziri Petro Romandan

18 oktyabr 2020, 12:15


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasından və beynəlxalq hüququn normalarına zidd olaraq Gəncəyə mülki şəxslərin ölümü ilə nəticələnən hücumların davam etməsindən dərin narahatlıq keçirirəm. Gərginliyin daha da artmaması və insan tələfatının, eləcə də insan haqlarının pozulmasının qarşısının alınması üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasını arzulayıram.

Mən bütün tərəfləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdir davam edən fikir ayrılıqlarının sülh yolu ilə həll olunması üçün səylər göstərməyə, ölkələrin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin beynəlxalq hüquqa əməl etməyə çağırıram.

Qlobal Bakı forumlarındakı çıxışlarınızı çox gözəl xatırlayıram. Sizin çıxışlarınız münaqişənin heç vaxt güc yolu ilə həlli barədə olmayıb. Biz yeni vasitəçilik modeli axtarmağa başlamalıyıq.

Həmsədrlərimizin rəhbərliyi ilə beynəlxalq hüququn normalarının təbliği istiqamətində birgə işləyirik.

Azərbaycanda sülhün bərqərar olmasını səmimi qəlbdən arzu edirəm.

Hörmətlə,

Petre Roman

1989-1991-ci illərdə Rumıniyanın Baş Naziri,

1999-2000-ci illərdə Xarici İşlər naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55