İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür

16 fevral 2012, 22:00
İlham Əliyev Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür

Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşmüşdür.

Qəsəbə sakinləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Qəsəbəmizə hər gəlişiniz bizdə fərəh hissi doğurur. Çox sağ olun ki, bizi yaddan çıxarmırsınız. Hər dəfə buradan keçəndə bizimlə görüşürsünüz. Qəsəbəmiz gözəlləşir, daha da gözəl olacaq, yaraşıqlı evlər tikilir. Bir daha “Xoş gəlmisiniz” deyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən hər dəfə buradan keçəndə sizinlə görüşürəm. Bu dəfə də ənənəni pozmadım. Qəsəbəniz gözəlləşir.

Sakin: Sizin sayənizdə, cənab Prezident. Dünən Belçikada idiniz, bu gün buradasınız. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Bəli, dünən çox vacib görüşlər oldu. Bu gün buradayam. Bu gün Qusarda yeni xəstəxananın açılışında iştirak etdik. İndi sizin qəsəbənin hər iki tərəfində xəstəxana vardır. Həm Qubada, həm də Qusarda. Buradan Qusara 10-15 dəqiqəlik yoldur. Yeni xəstəxana həm də sizə xidmət göstərəcəkdir. Orada bütün müasir diaqnostika avadanlığı vardır. Sizə də məsləhət görürəm ki, gedib müayinə olunasınız.

Sakin: Quba Mərkəzi Xəstəxanası da yaxşı işləyir, yüksək səviyyədə təmir olunub. Burada da xidmət yaxşıdır.

Prezident İlham ƏLİYEV: Qəsəbədə qazla bağlı vəziyyət necədir?

Sakinlər: Əladır. Hər şey əladır. Suyumuz da var.

Prezident İlham ƏLİYEV: İndi su layihəsi icra edilir, Qusarda da, burada da. Kanalizasiya xətləri də çəkiləcəkdir. Keçən dəfə körpü məsələsi qaldırılmışdı. Göstəriş vermişəm, körpünün tikintisi məsələsi bu ilin investisiya proqramında vardır. İndi Nəqliyyat Nazirliyində onun layihəsi hazırlanır. Bu il tikintisinə başlayacaqlar.

Sakin: Çox gözəl olar, qədim körpüdür, Qubanın rəmzidir. Gəlib baxıblar. Dedilər ki, bu körpüdən maşın da işləyəcəkdir.

Prezident İlham ƏLİYEV: Mən tapşırıq verdim elə tiksinlər ki, avtomaşın da işləsin. Bir halda ki, tikilir, elə tiksinlər avtomaşın da keçə bilsin. Daha nə istəyiniz var, mənə deyin.

Sakinlər: Sizə cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun. Bu il açılışa gələrsiniz, inşallah. Onda burada deyil, evimizdə görüşərik.

Prezident İlham ƏLİYEV: İndi orada - dağlarda işlər gedir. Tez-tez gəlməli olacağam. Odur ki, tez-tez görüşəcəyik.

Sakinlər: İnşallah! Allahın köməyi ilə. Təki sağlıq olsun. Sizinlə görüşmək çox xoş oldu.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonda xatirə şəkili çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:14
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr...

11 mart 2025, 16:14
SƏNƏDLƏR Qanunlar 11 mart 2025
16:12
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Texniki təhlükəsizlik haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti...

11 mart 2025, 16:12
SƏNƏDLƏR Fərmanlar 10 mart 2025
13:34
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

10 mart 2025, 13:34