İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşdü

15 fevral 2012, 19:00

Prezident İlham Əliyev Belçikaya işgüzar səfəri çərçivəsində NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşmüşdür.

Dövlət başçısı görüşdə çıxış etmişdir.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 20 il ərzində keçdiyi inkişaf yolundan danışan dövlət başçısı ölkəmizdə siyasi, iqtisadi, sosial və digər sahələrdə uğurlu islahatların aparıldığını bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanda aparılan uğurlu islahatlar, siyasi-iqtisadi sabitliyin bərpa olunması, siyasi sistemin möhkəmləndirilməsi sürətli iqtisadi inkişafla nəticələnmiş, ölkəmizə böyük həcmdə investisiyalar qoyulmuşdur. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycan Prezidenti qeyd etdi ki, iqtisadi inkişafın dinamikası qarşıya qoyulan bütün məqsədlərə çatacağımızı nümayiş etdirir.

Ölkəmizin qazandığı nailiyyətlərin təməlində düşünülmüş siyasətin dayandığını deyən Prezident İlham Əliyev xarici siyasətimizin uğurlarından danışarkən Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyini bildirdi.
Dövlət başçısı bu gün dünyada Azərbaycana böyük inamın, etimadın olduğunu vurğuladı, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirdi.

Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə uğurlu əməkdaşlığını qeyd etdi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha ölkəmizin mövqeyini diqqətə çatdırdı. Bildirdi ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Sonra üzv ölkələrin NATO yanında daimi nümayəndələri çıxış etdilər. Onlar təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər.

Daimi nümayəndələr Azərbaycanın NATO ilə əməkdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını yüksək qiymətləndirdilər. Bildirdilər ki, təmsil etdikləri ölkələr Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir.

Çıxış edənlər Azərbaycanın iqtisadi inkişafını vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun önəmini qeyd etdilər.

Sonra Prezident İlham Əliyev daimi nümayəndəliklərin rəhbərlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu və digər məsələlərlə bağlı suallarına cavab verdi.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11