“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11 fevral 2012, 18:55

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1094; 2010, № 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru” sözləri “Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti” sözləri ilə və “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilsin;
1.2. “Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini” sözlərindən sonra “Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini” sözləri və “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözlərindən sonra “Daşqın Şikarov - Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri əlavə edilsin;
1.3. “Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Pakistan İslam Respublikası tərəfinə bildiriş göndərsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il.

SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40