İlham Əliyev Argentinanın turizm naziri Karlos Enriki Meyeri qəbul etmişdir

11 fevral 2012, 13:30
İlham Əliyev Argentinanın turizm naziri Karlos Enriki Meyeri qəbul etmişdir

Prezident İlham Əliyev Argentina Respublikasının turizm naziri Karlos Enriki Meyeri qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında son illər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Argentinada Azərbaycanın səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Argentinanın turizm naziri Karlos Enriki Meyerin Azərbaycana səfərinin münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Argentinanın turizm naziri Karlos Enriki Meyer ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi. Əməkdaşlığın inkişafında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan qonaq bu baxımdan rəhbərlik etdiyi nazirlik tərəfindən Azərbaycanın turizm sektoru nümayəndələrinin Argentinaya təşkil olunacaq səfərinin önəmini qeyd etdi.

O, Azərbaycanda hər il keçirilən ənənəvi turizm sərgisində ölkəsinin turizm şirkətlərinin də iştirak etmək arzusunda olduğunu bildirdi.

Görüşdə əlaqələrimizin möhkəmlənməsində 2013-cü ildə Argentinada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin önəmi qeyd olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:03
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                        

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.            ...

19 noyabr 2026, 10:03
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:02
M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...

19 noyabr 2026, 10:02
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:01
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                           

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...

19 noyabr 2026, 10:01
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43