2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişerdən

13 oktyabr 2020, 16:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Dağlıq Qarabağda baş verən son gərginliklərlə bağlı xəbərlərdən çox narahatam. Nizami Gəncəvinin vətəni olan, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsasının qoyulduğu Gəncə şəhərinə edilən hücuma, uşaqların qətlə yetirilməsinə və şəhərlərin dağıdılmasına heç nə bəraət qazandıra bilməz.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.

Cənab Prezident, həmsədrlərimiz Vayra Vike-Freyberqanın və İsmail Serageldinin davamlı dəstəyi ilə bir ailə kimi işimizi koordinasiya etdiyimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Hamımız inanırıq ki, tezliklə bu vəziyyətdən çıxış yolu tapılacaq.

Yan Fişer

2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00