Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysaldan

13 oktyabr 2020, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz.

Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz.

Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq.

Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik.

Siz daha güclü və daha nüfuzlusunuz.

Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız Sizinlədir.

Hörmətlə,

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,

1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri

Turki Al Faysal

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Fondunun Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri

SƏNƏDLƏR Müraciətlər 05 noyabr 2024
10:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına

Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın...

05 noyabr 2024, 10:12
SƏNƏDLƏR Sərəncamlar 04 noyabr 2024
13:00
C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:                                        

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...

04 noyabr 2024, 13:00