16:10
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız...
28 mart 2025, 16:10Balaxanı kəndinin yeni dövrü başlayır. Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanıya mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də əlbəttə ki, bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi. O zibilxanadan qalxan tüstülər faktiki olaraq havanı böyük dərəcədə çirkləndirirdi və insanların sağlamlığı üçün də bunun böyük ziyanı olmuşdur. Mən bu yaxınlarda həmin o layihə ilə bağlı televiziyalara müsahibəmdə öz sözlərimi dedim, təkrar etmək istəmirəm, vaxtilə zibilxana olmuş yer indi gözəl bir poliqona çevrilib və iş yerləri yaradılıb. Burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi də artıq təmizlənib və gölün üzərindən yol da çəkilib. Ona görə indi gediş-gəliş üçün də yaxşı imkanlar yaradılıb.
O ki qaldı, işlərin bu mərhələsinə, o da göz qabağındadır. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib.
Bu, işlərin birinci mərhələsidir. Hələ işlər başa çatmayıb. İşlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur və biz bunları da tədricən edəcəyik. Bir daha demək istəyirəm ki, əsas məqsəd Balaxanıda – bizim bu qədim yaşayış yerində, ölkəmizin qədim yaşayış məskənində insanlar rahat yaşasınlar, daha yaxşı yaşasınlar, işlə təmin olunsunlar, ekoloji vəziyyət yaxşı olsun, hava təmiz olsun, su təmiz olsun.
Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi. O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr - onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən ovdan, hamam - bu, mədəniyyət deməkdir.
Əlbəttə ki, Balaxanının gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı, həm də digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər. İndi inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin kiçik qəsəbələrində belə turizm, tarixi yerlərdə yerli sakinlər bütün ümumi işlərə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Təbii ki, dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat fəal olsun, insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.
Mən bunu demişəm, siz Balaxanı sakinləri də bunu yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyəti və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsunlar. İndi isə Balaxanı, necə deyərlər, dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. Biz Mehriban xanımla elə buna görə gəlmişik. İşlərin böyük hissəsi artıq görülüb. Görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir. Sizi bir daha təbrik edirəm.
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız...
28 mart 2025, 16:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi...
27 mart 2025, 18:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi və dost Azərbaycan xalqını əlamətdar Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bahar, yenilənmə və birlik bayramında Sizə xoşbəxtlik,...
27 mart 2025, 13:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, yüksək mənəvi...
26 mart 2025, 15:17Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Səmimi qəlbdən...
26 mart 2025, 15:15Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi...
26 mart 2025, 15:13Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə, Azərbaycan Respublikasının hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı...
26 mart 2025, 14:54Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Banqladeş münasibətlərinin...
26 mart 2025, 11:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq bayram – Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.
Baharın gecə...
25 mart 2025, 10:58Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Təbiətin oyanışı və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı...
25 mart 2025, 10:56