Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əzizdən

11 oktyabr 2020, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Biz, ölkənizin dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən ən son münaqişədən narahatıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana daha fəal surətdə təsir etməlidir.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bəyanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və təcili atəşkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayra Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesabat verməsi təklifini dəstəkləyirik.

Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq.

Səmimiyyətlə,

Şövkət Əziz,

2004-2007-ci illərdə Pakistanın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55