11:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 593) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə, “Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini” sözləri “Avtandil Babayev - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə və “Tofiq Zülfüqarov - Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri” sözləri “Elman Zeynalov - Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri” sözləri ilə əvəz edilsin;
1.2. “Səfər Mehdiyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Qüdrət Qurbanov - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Latviya Respublikası tərəfinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57