08 oktyabr 2020, 10:32
Hacər Maqsudidən, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz Azərbaycanın yeni tarixinin əsasını qoyan ədalətli Qarabağ müharibəsinin Ali Baş Komandanı kimi öhdənizə götürdüyünüz şərəfli vəzifəni layiqincə yerinə yetirməklə, xalqda böyük inam və ruh yüksəkliyi yaratdınız. Bu da Sizə olan xalq məhəbbətini birə min artırdı. Həm ön, həm də arxa cəbhədə hökm sürən ruh yüksəkliyi, döyüş əzmi bizim qələbəmizin başlıca şərtidir. Bu döyüşdə Sizə, Ordumuza, onun əsgər və zabit heyətinə yeni-yeni uğurlar arzulayırıq. Hər gün ərazilərimizdən düşmənin tamamən qovulduğu müjdəsini eşitmək həsrətindəyik.
Allah Sizin və Ordumuzun üzərindən öz kölgəsini əsirgəməsin. Amin!
Hörmətlə,
Maqsudi Hacər Hüseyn oğlu
Azərbaycan Respublikası, Şəki rayonu, Qoxmuq kəndi.