16:52

Prezident İlham Əliyev İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonun etimadnaməsini qəbul etmişdir.
Səfir Raden Prayono Atiyanto fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Raden Prayono Atiyanto etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərinə daim qarşılıqlı dəstək vermələrinin önəmini qeyd etdi.
Azərbaycanın İndoneziyada bir neçə il bundan əvvəl səfirliyinin fəaliyyətə başladığını vurğulayan Prezident İlham Əliyev İndoneziyanın ölkəmizdə səfirliyinin açılmasını əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini dedi.
Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında əlaqələrin iqtisadi, investisiya qoyuluşu, birgə layihələr və ticarət sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Raden Prayono Atiyantonun İndoneziyanın ilk səfiri kimi Azərbaycanda diplomatik fəaliyyətə başlamasının önəmini qeyd edən Prezident İlham Əliyev ona uğurlar arzuladı.
Səfir Raden Prayono Atiyanto İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğunu vurğulayan diplomat iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün İndoneziya Prezidentindən xüsusi tapşırıq aldığını dedi.
Dövlət başçısı Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...
13 mart 2025, 12:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
13 mart 2025, 12:26Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında...
13 mart 2025, 11:30PDF yükləyin
12 mart 2025, 12:50