07 oktyabr 2020, 11:28

Afaq Əliyevadan, Bakı, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

İcazə verin, dünya şöhrətli pianoçu və bəstəkar, caz-muğam sintezinin yaradıcısı Vaqif Mustafazadənin Mədəniyyət və Xeyriyyə Fondunun təsisçiləri adından onun adını daşıyan 2 nömrəli Uşaq İncəsənət Məktəbinin bərpası və əsaslı təmiri üçün Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirim.

Qeyd edim ki, məktəbin yenidən açılması görkəmli musiqiçinin 80 illik yubileyinə təsadüf edib. Bu mühüm hadisə Sizin Azərbaycan gənclərinin yeni nəslinin zəngin mədəniyyətimizin ən yaxşı nümayəndələri ruhunda tərbiyəsinə göstərdiyiniz yorulmaz qayğının daha bir təsdiqidir.

Sənətə səmimi və qayğıkeş münasibətinizə, Vətənə və xalqımıza olan məhəbbətinizə görə sağ olun.

Biz həmişə Sizinlə hədsiz dərəcədə fəxr edəcəyik.

Sonsuz minnətdarlıq hissi ilə,

Əliyeva Afaq, Vaqif Mustafazadə adına Mədəniyyət və Xeyriyyə Fondunun və Vaqif Mustafazadənin ev-muzeyinin direktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri