05 oktyabr 2020, 17:06
Məlahət Musayeva və başqalarından, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin müdrik siyasətiniz, böyük zəhmətiniz və mərd oğullarımız hesabına bu gün torpaqlarımızı işğaldan azad etməkdəyik. Hər gün Ordumuzun yeni müvəffəqiyyətlər qazandığından xəbərdar oluruq. Bu, bizi xalq olaraq çox qürurlandırır. Biz hər zaman Sizin arxanızdayıq. İnanırıq ki, işğal altında olan digər torpaqlarımız da Sizin rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən tezliklə işğaldan azad olunacaqdır.
Allah Sizi və igid oğullarımızı qorusun. Amin.
Hörmətlə,
Musayeva Məlahət Məmmədiyə qızı
Cavadova Türkan Rüstəm qızı
Rzayeva Almaz Şahid qızı
Azərbaycan Respublikası, Şəki şəhəri.