İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşmüşdür

26 yanvar 2012, 13:10
İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşmüşdür

Davosda Prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olmuşdur.

Görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulandı.

Görüşdə 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edildi.

Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulandı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55