28 sentyabr 2020, 18:45
Yunus Əhməddən, Şirvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Böyük qürur hissi ilə deyə bilərəm ki, ərazi bütövlüyümüzün, suverenliyimizin qorunub saxlanılması, düşmən üzərində qələbə çalmağımız Sizin güclü, qətiyyətli addımlarınızın, uzaqgörən siyasətinizin nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Sizə və Azərbaycan Ordusuna uğurlar arzu edirik. İnşallah, tezliklə müqəddəs üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda dalğalanacaq. Qələbə bizimlədir.
Hörmətlə,
Yunus Əhməd İnqilab oğlu
Qarabağ qazisi, əməkdar məşqçi
Azərbaycan Respublikası, Şirvan şəhəri.