28 sentyabr 2020, 16:45

Səadət Həsənovadan, Ağcabədi, Azərbaycan

Hörmətli Mehriban xanım.

Sizin ali dəyərlərə söykənən, Azərbaycan xalqının və dövlətinin maraqlarını əks etdirən, xoş məramlı, geniş ictimai-siyasi fəaliyyətiniz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verir və dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Bu məsələdə dövlətin həyata keçirdiyi layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Sizin rəhbərlik etdiyiniz Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa olunan və sentyabrın 15-də istifadəyə verilən şəhər 2 saylı körpələr evi-uşaq bağçası da Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir. Burada geyinib-soyunma, oyun, yataq, tibb otaqları, idman, musiqi zalları fəaliyyət göstərir. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bütün bunlara görə, Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasının kollektivi adından

Səadət Həsənova

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.